AZ

"Mənə əlavə problem lazım deyil" - Hakimə hücum edən məşqçi danışdı

Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında keçirilən Avropa çempionatında Yusif Ağakişiyev və yerli boksçu Viktor Maystroviç arasında baş tutan final görüşündə yaşanan qalmaqalla bağlı xəbər vermişdik. 

"Ölkə.az" xəbər verir ki, 14 yaşlı boksçunun məşqçisi Hamza Avezov hakimin qərəzli yanaşmasını əsas gətirərək, döyüş bitən kimi rinqə daxil olaraq, ona hücum edib. 

H.Avezov ilə əlaqə saxlayıb, yaşanan hadisəyə şərh verməsi üçün müraciət etsək də o, danışmaq istəməyib. 

"Bu barədə heç nə danışmaq istəmirəm. Mənə əlavə problem lazım deyil", deyə qeyd edib. 

Xatırladaq ki, daha öncə Azərbaycan Boks Federasiyası məsələ ilə əlaqədar olaraq bəyanat yaymış, final görüşündə texniki direktor Hamza Avezovun idman etikasına uyğun hərəkət etmədiyinə görə, onunla bağlı federasiyanın təlimatına və qaydalara uyğun olaraq addım atılacağı bildirilmişdi. Bundan əlavə, federasiya qərəzli qərarlar vermiş hakim barəsində də tədbir görülməsi üçün aidiyyatı beynəlxalq təşkilata müraciət hazırlayacaq. (Offsideplus.az)

Seçilən
6
5
olke.az

6Mənbələr