AZ

Britaniya da Fələstini tanıyacağını bəyan etdi

Böyük Britaniya sentyabrda Fələstini dövlət kimi tanıyacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Britaniyanın Baş naziri Kir Starmer Nazirlər Kabinetinin iclasında bəyan edib.

“İsrail hökuməti Qəzzadakı ağır vəziyyətə son qoymaq üçün konkret addımlar atmasa və digər şərtləri yerinə yetirməsə, Böyük Britaniya sentyabrda Fələstin dövlətini tanıyacaq”, - Baş nazir bildirib.

Qeyd edək ki, bundan öncə Fransa Prezidenti Emmanuel Makron da sentyabrda Fələstin dövlətini rəsmən tanıyacaqlarını bəyan edib.

Seçilən
33
12
operativmm.az

10Mənbələr