AZ

Çinlə tarif barışığının müddətinin uzadılması barədə qərarı Tramp verəcək

“Vaşinqton və Pekin arasında rüsumların tətbiqinin təxirə salınması ilə bağlı razılaşmanın uzadılıb-uzadılmaması barədə qərarı ABŞ prezidenti Donald Tramp verəcək”.

“Report” xəbər verir ki, bunu Stokholmda Çin tərəfi ilə ticarət danışıqlarından sonra ABŞ-nin maliyyə naziri Skot Bessent deyib.

Bessent bildirib ki, o, Amerika liderinə müsbət mənada baş tutan məsləhətləşmələr barədə hesabat təqdim etmək niyyətindədir:

“Burada hər şeyin necə getdiyi barədə Trampa məlumat verəcəyik. Görüşlərimiz əlbəttə ki, konstruktiv keçdi. Lakin Tramp rüsumların tətbiqində fasilənin uzadılmasına qərar verəcək”.

ABŞ-Çin ikitərəfli ticarət danışıqları 28-29 iyul tarixlərində Stokholmda baş tutub. “Sveriges” radiosunun verdiyi məlumata görə, məsləhətləşmələrdən sonra tərəflər tarif barışığını daha üç ay uzadıblar.

Seçilən
2
report.az

1Mənbələr