Türkiyənin "Türk Hava Yolları" (THY) aviasiya şirkəti Suriyanın Hələb şəhərinə uçuşları bərpa edəcək. Avtosfer.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə şirkətdən bildirilib.
Qeyd olunub ki, uçuşlar avqustun 1-dən bərpa olunacaq. Reyslər hər gün, qarşılıqlı olaraq baş tutacaq. Məlumata görə, ikitərəfli biletin qiyməti 299 dollardan başlayacaq.