AZ

Putin mənə təkliflərlə gəlməli idi, amma o bunu etmədi Tramp

GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə bağlı növbəti diqqətçəkən açıqlama verib.

Globalinfo.az xəbər verir ki, Tramp Putinin ona konkret təkliflərlə gəlməli olduğunu, lakin bunu etmədiyi üçün vəziyyətin düzgün olmadığını  bildirib.

“Putin mənə təkliflərlə gəlməli idi, amma o bunu etmədi. Bu isə düzgün deyil,” – deyə Tramp bildirib.

Trampın bu fikirləri həm şəxsi diplomatik ünsiyyətin pozulması, həm də Putinə qarşı daha sərt ritorikanın formalaşması kimi şərh olunur. Analitiklərə görə, bu bəyanat onun 2024-cü il seçkiləri üçün xarici siyasət iddialarını yenidən ön plana çıxarmaq cəhdidir.

Tahir Turan

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
1
globalinfo.az

2Mənbələr