AZ

İsrail Qəzzada əməliyyatları davam etdirərsə, Britaniya Fələstin dövlətini tanıyacaq

İsrail

İsrail humanitar yardımın Qəzza zolağına çatdırılmasına mane olmağa və hərbi əməliyyatları davam etdirəcəyi təqdirdə, Böyük Britaniya BMT Baş Assambleyasının sentyabr sessiyası ərəfəsində Fələstin dövlətini tanıyacaq.

APA xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisi məlumat yayıb.

“Biz sülh prosesinin həyata keçirilməsinə sadiqliyimizi qoruyuruq. İsrail hökuməti Qəzzadakı dəhşətli vəziyyəti dayandırmaq və uzunmüddətli, dayanıqlı sülhə nail olmaq istiqamətində ciddi addımlar atmasa, biz sentyabrda, BMT Baş Assambleyasının sessiyasından öncə, Fələstin dövlətini tanıyacağıq”, – deyə bəyanatda deyilir.

London dərhal atəşkəsin elan edilməsini, qətliamın dayandırılmasını və eyni zamanda HAMAS tərəfindən saxlanılan girovların azad olunmasını tələb edir.

Seçilən
12
6
xalqcebhesi.az

8Mənbələr