AZ

"PUBG"də mövsümi durğunluq - “Krafton”un gəliri 26% azaldı

"Battlegrounds"un Cənubi Koreyalı nəşriyyatçısı Krafton Inc” 2025-ci ilin ikinci rübündə gəlirində ciddi azalma ilə üzləşib.

Valyuta.az xəbər verir ki, şirkətin əməliyyat gəliri 26% azalaraq 246 milyard vona (177 milyon dollar), ümumi gəliri isə 6,4% azalaraq 662 milyard vona (510 milyon dollar) düşüb.

Azalmanın əsas səbəbi PUBG-də mövsümi durğunluq olub. Digər oyunlar bu boşluğu doldura bilməyib.

Mart ayında erkən girişlə təqdim edilən yeni simulyasiya oyunu "Inzoi", ilk həftədə 1 milyon nüsxə satsada, aktiv istifadəçi sayı 87,400-dən 4,300-ə enib.

Bundan əlavə, "Subnautica" 2 oyununun çıxışı 2025-ci ilin sonundan 2026-cı ilə təxirə salınıb. Gecikmə "Krafton" səhmlərinə də təsir edib, şirkət bu ay 6.6% dəyər itirib.

Oyunun yaradıcıları bu təxirəsalma ilə bağlı 250 milyon dollarlıq bonusun ödənilməməsi səbəbilə məhkəməyə üz tutublar. "Krafton" isə iddiaları rədd edir və qərarın oyunun keyfiyyəti və brend reputasiyasının qorunması üçün verildiyini bildirir.

Sərvanə Rəmixanova

Seçilən
19
valyuta.az

1Mənbələr