AZ

Markov ETİRAF ETDİ: “AZAL-ın təyyarəsini biz vurduq”

Rusiyalı politoloq Sergey Markov  “Çarıqrad” telekanalının efirində AZAL-ın təyyarəsini Rusiyanın vurduğunu etiraf edib.

Onun sözlərinə görə, Moskva ilə Bakı arasında münaqişə məhz buna görə alovlanıb.

“Rusiya ilə Azərbaycan arasında baş verənlərin səbəbi təyyarədir. Bu təyyarəni biz vurmuşuq və məsələ tamamilə aydındır”, – Markov bildirib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi üzr tələb edir. Necə ki, İkinci Qarabağ Müharibəsi zamanı Azərbaycan tərəfindən təsadüfən vurulan Rusiya hərbi helikopteri ilə bağlı rəsmi Bakı üzr istəyib. Məhz Azərbaycan tərəfinin üzr istəməsi nəticəsində tərəflər arasında heç bir insident yaranmayıb.

Qeyd edək ki, Rusiyanın rəsmi hakimiyyət orqanları hələ də mülki təyyarənin vurulması və insanların ölümü ilə bağlı təqsiri etiraf etməyib. \\Referans 

Seçilən
43
3
hurriyyet.az

4Mənbələr