AZ

"Karvan" almaniyalı futbolçu ilə anlaşıb

Yeni mövsümdən Premyer Liqada iştirak hüququ qazanan "Karvan" yeni futbolçu ilə anlaşıb.

Klubdan "Ölkə.az"a verilən məlumata görə, Yevlax təmsilçisi almaniyalı sol cinah müdafiəçisi Mois Nqvisanini sıralarına cəlb edib.

Onunla 1 illik sözləşmə imzalanıb. 27 yaşlı futbolçu son olaraq Lüksenburqun “Vilç” klubunda forma geyinib. Mois karyerası ərzində Almaniyanın “Bohum”, “Aue”, “Ştutqart” və “Borussiya” (Münhenqladbax) komandalarının heyətində çıxış edib.

Seçilən
22
8
olke.az

10Mənbələr