AZ

İran nəşrinin iddiasına baxın: “Zəngəzur: Qafqazı dağıdacaq dəhliz. Bu qanunsuz marşrut...”

Bakupost saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İranın siyasi elitasının qəzeti kimi tanınan “Tehran Tayms”ın (The Tehran Times) başlığına diqqət edin: “Zəngəzur: Qafqazı dağıda biləcək dəhliz. İranın qəti şəkildə qarşı çıxdığı bu qeyri-qanuni marşrut üçün yenidən səslənən çağırışlar regionu xaosa sürükləyəcək (Zangezur: The corridor that could break the Caucasus. With Iran’s firm opposition, renewed calls for the illegal route are all but sure to drag region into chaos”.

Bakupost.az xəbər verir ki, bu sözləri mühacir jurnalist Elbəyi Həsənli qeyd edib.

“Qəzet iddia edir ki, Bakı İranın Zəngəzur dəhlizinə qarşı çıxdığını yaxşı başa düşür, eyni zamanda Tehranla birbaşa münaqişədən qaçmaq istəyir. Buna görə də Azərbaycan İranın bu məsələyə potensial siyasi və hərbi müdaxiləsinin qarşısını almaq üçün İsrail, İngiltərə, ABŞ və NATO kimi müxtəlif beynəlxalq oyunçuları prosesə cəlb etməyə çalışır.

Məqalədə deyilir ki, İslam İnqilabı rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti Zəngəzur məsələsini bu günə qədər ən sərt şəkildə pisləyib. Onun sözlərinə görə, dəhliz əlaqələri gücləndirmək və iqtisadi layihələri inkişaf etdirməkdən çox, İranın Cənubi Qafqazda mövqeyini zəiflətmək, İran və Rusiyaya quru yolla blokada tətbiq etmək və son nəticədə İran daxilində separatizmi qızışdırmaq məqsədi daşıyır”, - o bildirib.

Qeyd edən ki, İran son vaxtlar Zəngəzur dəhlizi layihəsinə qarşı açıq təbliğatını kəskin artırıb.

Asena,

BakuPost

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
2
www.bakupost.az

3Mənbələr