GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
İran İslam Respublikasının və Türkiyə Respublikasının parlament sədrləri – Baqif Qalibaf və Numan Kurtulmuş İsveçrənin Cenevrə şəhərində keçirilən Dünya Parlament Sədrləri Zirvəsi çərçivəsində görüş keçiriblər.
Globalinfo.az xəbər verir ki, görüş zamanı iki ölkə arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə möhkəmləndirilməsi və inkişaf etdirilməsi məsələləri müzakirə olunub.
Həmçinin regional əməkdaşlıq, sərhəd təhlükəsizliyi, iqtisadi inteqrasiya və parlament diplomatiyasının rolu vurğulanıb.
Tərəflər İran və Türkiyənin regionda sabitliyin və dialoqun qorunmasında mühüm rol oynadığını, bu baxımdan parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyini qeyd ediblər.
Görüş konstruktiv atmosferdə keçib və tərəflər yaxın gələcəkdə daha geniş nümayəndə heyətləri səviyyəsində əməkdaşlıq formatlarını nəzərdən keçirməyə razılaşıblar.
Tahir Turan
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.