AZ

ABŞ da süni intellektə görə kollec məzunlarının işə qəbulu azaldılıb

ain.az, Ayna portalına istinadən məlumat verir.

Rəhbərlər diqqəti daha təcrübəli mütəxəssislərin tapılmasına yönəltmək istəyirlər

Amerika şirkətləri kollec və universitet məzunlarının giriş səviyyəli vəzifələr üçün işə götürülməsini azaldıb, əvəzində süni intellektdən (Sİ) istifadə etməyə üstünlük veriblər. AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Nəşrin yazdığına görə, rəhbərlər diqqəti daha təcrübəli mütəxəssislərin tapılmasına yönəltmək istəyirlər. Jurnalistlərin fikrincə, uzun illərdir ki, məzunlar öyrənmək, təcrübə qazanmaq və sonra əmək bazarında öz yerini tutmaq üçün cüzi maaşla bir neçə il şirkətdə cüzi maaşla işləyirlər.

Nəşrin müəllifləri əlavə edib ki, Sİ-nin yaranması işəgötürənlər və məzunlar arasında bu sözsüz razılaşmanı məhv edə bilər.

Jurnal qeyd edib ki, gənc mütəxəssislərin işə götürülməsinin azalması ilə əlaqədar şirkətlər 5-10 ildən sonra rəhbər vəzifələr tutmağa hazır olan işçilərin sayını azaldacaqlar.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
3
ayna.az

1Mənbələr