AZ

Donald Tramp Ukrayna ilə sülhün bərqərar olması üçün Rusiyaya 10 gün vaxt verib

ABŞ Prezidenti Donald Tramp Rusiyaya Ukrayna ilə sülhün bərqərar olması üçün 10 gün vaxt verib. 

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

Trampın sözlərinə görə, bundan sonra onun vəd etdiyi rüsumlar tətbiq olunacaq. Lakin Tramp bunun Moskvaya təsir edəcəyinə əmin deyil, çünki Rusiya Prezidenti Vladimir Putin "açıq şəkildə müharibənin davam etməsini istəyir". 

Tramp qeyd edib ki, rüsumların tətbiqi qlobal neft qiymətlərinə təsir etməyəcək, çünki ABŞ hasilatı artıra bilər. "Putindən heç bir cavab almamışam. Bu, təəssüf doğurur", - Tramp vurğulayıb.

Seçilən
31
8
missiya.az

9Mənbələr