AZ

"Sumqayıt"dan növbəti transfer - RƏSMİ

BAKI. 29 iyul. TELEQRAF

"Sumqayıt" klubu daha bir futbolçu transfer edib.

Teleqraf "gənclik şəhəri" təmsilçisinin rəsmi səhifəsinə istinadən xəbər verir ki, bu, serbiyalı yarımmüdafiəçi Nikola Ninkoviçdir.

Hazırda 31 yaşında olan oyunçu "Partizan"ın yetirməsidir. Ninkoviç İtaliyanın "Cenoa", "Kyevo", "Empoli", "Askoli" və "Breşiya", Serbiyanın "Proletar", Bosniya və Herseqovinanın "Borats" və son olaraq, Gürcüstanın "Torpedo Kutaisi" komandalarının formasını geyinib. O, Serbiyanın U-17, U-19 və U-21 millilərində də çıxış edib.

Seçilən
5
1
teleqraf.com

2Mənbələr