AZ

İsrail Starmerin Fələstin dövlətini tanımaqla bağlı bəyanatını rədd etdi

BAKI, 29 iyul. TELEQRAF

İsrail Böyük Britaniyanın Baş naziri Kir Starmerin rəsmi Londonun Fələstin dövlətini tanımaq planlarına dair bəyanatını rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) rəsmi bəyanatında deyilir.

"İsrail Böyük Britaniya Baş nazirinin bəyanatını rədd edir. Fransanın hərəkətlərindən və daxili siyasi təzyiqlərdən sonra Britaniya hökumətinin mövqeyinin dəyişməsi indi vəziyyətdə HƏMAS üçün hədiyyədir, eləcə də Qəzzada atəşkəs və girovların azad edilməsi ilə bağlı razılığın əldə edilməsi səylərinə zərər verir", - bəyanatda qeyd olunur.

Seçilən
11
teleqraf.com

1Mənbələr