AZ

Ə. Kərimlinin striptiz borusu və bizim nüvə dövlətimiz - Mirşahindən kəskin yazı

…Bu günlərdə “AXCP” sədri Əli Kərimlinin iki xarici nəşrə verdiyi müsahibələrlə tanış oldum və onun siyasi mahiyyətinin nə qədər keyfiyyətsiz, həm cari, həm də strateji məntiqinin nə qədər dayaz olduğuna növbəti dəfə heyrətləndim. İxtisasın hüquqşünas ola, 40 ilə yaxın siyasətlə məşğul olduğunu zənn edəsən, hətta təsadüfən bir il iqtidarda təmsil ounmağı da bacarasan, amma beynin xroniki qısa qapanmalardan bu gün də əziyyət çəkə. Nəinki planetar, nəinki regional, heç hövzə miqyasında belə düşünməyə, dərk etməyə yaşın çatmaya.

61 yaşına çatsan da.

Mən Ə.Kərimlinin xarici media vasitələrinə verdiyi son müsahibələrdəki ayrı-ayrı fraqmentlər üzərində dayanmayacam: sadəcə özünü “axşambazarı piştaxtasına” çıxaran, “ay müştəri, aşağı yerim də var!” deyə əcnəbi ovcuna, yad qucağa ucuzcasına haraylanan bir vücud sahibinin nə qədər ikrahdoğurucu olmasından bəhs edəcəm. Məntiqsizlikdən əzab çəkən beyin sahibinin hər iki müsahibədə təxminən eyni suala verdiyi cavablara baxaq.

“- Cənab Kərimli, Yekaterinburqda (Rusiya) baş verən kütləvi və amansız həbslər zamanı iki azərbaycanlının öldürülməsindən sonra İlham Əliyev Vladimir Putinlə qarşıdurma yolunu seçdi. Siz bu məsələdə Əliyevi dəstəkləyirsinizmi?”

Və Əli Kərimlinin cavabı:

- “Dəstək" burada yəqin ki, düzgün ifadə deyil. Əliyev rejiminin dəstək verəcəyim heç bir yanı yoxdur”.

Bu cavabdan sonra Əli Kərimli rəhmətlik Tağı Əhmədovun təbiri ilə-hara nə etsə, artıqdır. Çünki o öz dövlətini, öz xalqını dəstəkləmədiyini açıq etiraf edir!

Bəli, bu Əli Kərimlinin, onun kimilərin antiazərbaycan mövqeyidir!

Bəli, Əli Kərimli həmin o düşərgənin nümayəndəsidir ki, rəhbərliyində təmsil olunduğu iqtidarla

Seçilən
10
aznews.az

1Mənbələr