AZ

Premyer Liqaya getmək istəmir - “Real”ın vingeri

“Real”ın vingeri Rodriqo “Tottenhem”ə keçmək istəmir.

Daha əvvəl yayılan məlumatlara görə, London təmsilçisi braziliyalı futbolçuya maraq göstərir və onu 90 milyon avrodan aşağı qiymətə transfer etməyə ümid edirdi.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Tottenhem” Rodriqo ilə bağlı sorğu göndərib, ancaq hazırda tərəflər arasında heç bir danışıqlar aparılmır.

23 yaşlı futbolçu “Real”dan ayrılsa belə, yalnız daha statuslu və iddialı kluba keçməyi planlaşdırır. O, son mövsümdə La Liqada 30 oyuna çıxaraq, 6 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
9
sportinfo.az

1Mənbələr