AZ

Sumqayıtda qardaş qardaşı bıçaqladı

Sumqayıtda qardaşlar arasında qanlı münaqişə baş verib.

Bakıvaxtı.az APA-ya istinadən məlumatına görə, hadisə Sumqayıt şəhərinin Corat qəsəbəsində qeydə alınıb. İlkin məlumata əsasən, ailədaxili münaqişə zamanı iki qardaş bir-birinə ağır xəsarətlər yetirib.

Münaqişə 1982-ci il təvəllüdlü Əsgərov Nəcəf Raqib oğlu ilə onun qardaşı, 1985-ci il təvəllüdlü Əsgərov Mehti Raqib oğlu arasında baş verib.

İlkin versiyaya görə, mübahisə zamanı Nəcəf Əsgərov qardaşına dəmir parçası ilə baş nahiyəsindən zərbə endirib. Mehti Əsgərov isə cavab olaraq əlindəki bıçaqla Nəcəf Əsgərovu yaralayıb.

Hər iki şəxs xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
7
17
bakivaxti.az

10Mənbələr