AZ

İstəyirik ki, "Qarabağ"la oyunda her şey... - Obrayn

Sabahkı qarşılaşmaya normal qaydada çıxacağıq. Komandamıza inanıram. Oyundan zövq almağa çalışacağıq.

Axar.az xəbər verir ki, bu sözləri İrlandiyanın "Şelburn" klubunun baş məşqçisi Coy Obrayn Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin "Qarabağ"a qarşı oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

"İstəyirik ki, hər şey bizim xeyrimizə olsun. Stadionda atmosferin yaxşı olacağını düşünürük. Bu, tam da bizim istədiyimiz ab-havadır", - Obrayn bildirib.

Qeyd edək ki, “Qarabağ” - “Şelburn” matçı sabah Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək. Dublində baş tutan ilk oyun Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Seçilən
19
3
axar.az

6Mənbələr