"Səbail" heyətinə daha bir futbolçu cəlb edib. 

Offsideplus.az xəbər verir ki, Bayıl təmsilçisi “Neftçi”nin yetirməsi olan Asim Əlizadəni heyətinə qatıb. 25 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.

A.Əlizadə son olaraq “Baku Sportinq”də çıxış edib.

Qeyd edək ki, "dənizçilər" 2025-2026 mövsümündə I Liqada mübarizə aparacaq.