SİBUR şirkəti və onun struktur bölmələri olan "Kazanorqsintez" və "Nijnekamskneftexim" Azərbaycan və Türkmənistandan polietilen və polipropilen məhsulları idxal edən istehsalçılara qarşı antidempinq araşdırmasına başlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Kommersant" nəşri məlumat yayıb.
Avrasiya İqtisadi Komissiyasının təqdim etdiyi sənədlərə əsasən, 2024-cü ildə xarici tədarükçülərin məhsulları Rusiya daxili bazarında maya dəyərindən aşağı qiymətə satılıb.
Araşdırma nəticələrinə görə, Azərbaycandan idxal olunan:
- polietilen üzrə dempinq marjası 19,9%,
- polipropilen üzrə isə 33,85% təşkil edib.
Türkmənistandan idxal edilən polipropilen və onun sopolimerləri üzrə dempinq marjası 13,55% olub.
Qeyd edilir ki, bu cür tədarüklər Rusiyanın neft-kimya sənayesinə maddi zərər vurma riski daşıyır.
Araşdırmanın yekununda əlavə rüsumların və kvotaların tətbiqi, hətta idxala tam qadağa qoyulması barədə qərarın verilməsi istisna edilmir.