AZ

Avropa Komissiyası şirkətləri ABŞ-a investisiyaya təşviq etmək niyyətindədir

Avropa Komissiyasının Avropa şirkətlərini ABŞ-a investisiya qoymağa və ya oradan enerji resursları almağa məcbur etmək səlahiyyəti yoxdur, lakin məmurlar biznesi buna inandırmağa çalışacaqlar.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb və Avropa Komissiyasının nümayəndəsi Olof Gill belə deyib.

“O ki qaldı investisiya və enerji resurslarının alınması öhdəliklərinə, əlbəttə, Avropa Komissiyası şirkətlərə şərt diktə edə bilməz. Amma enerji şirkətləri ilə danışa bilər, Avropa sənayesi ilə dialoq apara bilər”, – deyə Gill bildirib.

O əlavə edib ki, Avropa İttifaqı və ABŞ tariflər üzrə 15%-lik razılaşma əldə etməklə “ən pis ssenaridən” qaça biliblər.

Seçilən
11
nocomment.az

1Mənbələr