Konkret.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (HUR) xüsusi təyinatlı qüvvələri Xerson vilayətinin Tendr tirəsində uğurlu əməliyyat həyata keçirib.
KONKRET.az xəbər verir ki, iyulun 28-nə keçən gecə kəşfiyyatçılar sahilə çıxaraq oradakı Rusiya ordusunun mövqelərini şəxsi heyətlə birlikdə məhv ediblər. Əməliyyat zamanı düşmənin “Zont” radioelektron mübarizə kompleksi və “Rosa” radiolokasiya stansiyası sıradan çıxarılıb.
Əraziyə yenidən Ukrayna bayrağı sancılıb. Bildirilir ki, əməliyyat Ukrayna qüvvələri üçün itkisiz başa çatıb.
Natiq Səlim,
KONKRET.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.