Yevlaxda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (6 qadın cinsli, 2 kişi cinsli) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Viral.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan 7 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Son Yazılar:
- Yevlaxda qəzada xəsarət alanların sayı artdı
- Azərbaycanın iki güləşçisi dünya çempionatının finalına YÜKSƏLDİ
- Şahin Mustafayev İran səfiri ilə görüşdü
Kəllə sümüklərinin, sağ gicgah təpə nahiyəsinin sınığı diaqnozu təyin edilən pasiyentin müalicəsi isə müvafiq şöbədə davam etdirilir. Onun vəziyyəti orta ağır qiymətləndirilir.
***
19:42
Yevlaxda avtomobil aşıb, xəsarət alanlar var.
Viral.az “Report”a istinadla xəbər verir ki, Yevlax rayon ərazisində avtomobilin aşması nəticəsində biri az yaşlı olmaqla 7 nəfər xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.