İnternet olan hər evdə kabelsiz bağlantı (Wi-Fi) standart halını alıb.
Bu aparat hər yerdə, evdə, ofisdə, bağçalarda və bütün obyektlərdə istifadə olunur.
Həkim ekspert Pərvanə Mustafayeva Hit.az-a deyib ki, Wi-Fi insan sağlamlığı üçün potensial təhlükədir:
"Buna görə də gecələr yatanda, yaxud gündüzlər istifadə edilməyəndə modemi söndürmək məsləhətdir. Çünki, istifadə edilməsə belə, açıq qalan modem evdə elektromaqnit dalğaların yaranmasına səbəb olur. Wi-Fi yuxu problemi, ürək döyünməsi, miqren, ümumi zəiflik yaradır. Hətta bu xəstəliklərin hamısının bir arada olmasına da səbəb olur. Elektromaqnit şüaları şişlərin yaranmasına, yaddaş pozğunluğuna və beyinə zədə vuracaq digər nəticələrə də gətirib çıxarır”.
Sevinc