Azərbaycanın iki yunan-Roma güləşçisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında finala vəsiqə qazanıb.
Güləş Federasiyasından Viral.az-a verilən məlumata görə, Hikmət Haqverdiyev (51 kiloqram) və Əli Nəzərov (60 kiloqram) qızıl medal uğrunda mübarizə aparacaqlar. Onların rəqibləri, müvafiq olaraq, Otabek Tursunov (Özbəkistan) və Amangəldi Ysakbayev (Qırğızıstan) olacaqlar.
Yarımfinalda uduzan Abdurrahman Hüseynli (45 kiloqram) və Yusif Əhmədli (71 kiloqram) bürünc medal görüşünə çıxacaqlar.
Son Yazılar:
- Azərbaycanın iki güləşçisi dünya çempionatının finalına YÜKSƏLDİ
- Şahin Mustafayev İran səfiri ilə görüşdü
- Əmlakın qeydiyyatı üçün bütün sənədlər yalnız bizə təqdim olunmalıdır
Səid Paşayev isə (92 kiloqram) təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq.
Qeyd edək ki, medal görüşləri iyulun 30-da keçiriləcək.