AZ

AK: Avropa şirkətlərini ABŞ-yə investisiya yatırmağa məcbur edə bilmərik

BAKI, 29 iyul. TELEQRAF

Avropa Komissiyasının Avropa şirkətlərini ABŞ-yə investisiya yatırmağa və ya onlardan enerji resursları almağa məcbur etmək səlahiyyəti yoxdur, lakin rəsmilər biznes nümayəndələrini razı salmağa çalışacaqlar.

Teleqraf xəbər verir ki, bu barədə Avropa Komissiyasının (AK) nümayəndəsi Olof Gill bildirib.

"İnvestisiya və enerji resurslarının alışı üzrə öhdəliklərə gəlincə, təbii ki, AK şirkətlərə şərtləri diktə edə bilməz. Amma o, enerji şirkətləri ilə, Avropa sənayesi ilə danışıqlar apara bilər", - Gill deyib.

AK nümayəndəsinin sözlərinə görə, 15%-lik tariflərlə bağlı razılaşma əldə etməklə Aİ və ABŞ “ən pis ssenaridən” yayınmağa nail olub.

Seçilən
23
1
teleqraf.com

2Mənbələr