Bakı. Trend:
I Liqada mübarizə aparacaq “Səbail” növbəti transferinireallaşdırıb.
Trend xəbər verir ki, Bayıltəmsilçisi “Neftçi”nin yetirməsi olan Asim Əlizadəni heyətinəqatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Asim Əlizadənin son klubu "Baku Sportinq"olub.