AZ

Slovakiya Ukraynaya təhvil verməli olduğu Zuzana 2 haubitsalarının bir hissəsini göndərməyib

Slovakiya 2024-cü ildə təhvil verilməsi planlaşdırılan 16 ədəd Zuzana 2 özüyeriyən haubitsadan 7-ni Ukraynaya göndərməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Aktuality nəşri mənbələrə istinadən məlumat yayıb.

92 milyon avro dəyərində olan və Almaniya, Danimarka və Norveç tərəfindən maliyyələşdirilən müqavilə 2023-cü ildə Slovakiya Müdafiə Nazirliyinin rəhbərliyində baş verən dəyişikliklərdən sonra gecikmələrlə üzləşib. Nəşr Ukrayna müəssisəsi ilə əməkdaşlığın pozulmasına və nazirliyin “mübahisəli qərarlarına” diqqət çəkir.

2023-cü ilin avqustunda ilk iki haubitsa təhvil verildikdən sonra Kiyev 2025-ci ilin əvvəlinədək daha dörd, aprel ayında isə üç ədəd sistem alıb. Lakin qalan yeddi sistem hələ də təhvil verilməyib.

Seçilən
5
nocomment.az

1Mənbələr