AZ

Güləşçilərimiz dünya çempionatının finalına yüksəldi


Azərbaycanın iki yunan-Roma güləşçisi Yunanıstanın paytaxtı Afinada keçirilən U-17 dünya çempionatında finala vəsiqə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, 51 kiloqram çəki dərəcəsində çıxış edən Hikmət Haqverdiyev və 60 kiloqram çəki dərəcəsində çıxış edən Əli Nəzərov  qızıl medal uğrunda mübarizə aparacaqlar.
Onların rəqibləri, müvafiq olaraq, Otabek Tursunov (Özbəkistan) və Amangəldi Ysakbayev (Qırğızıstan) olacaq.
Yarımfinalda uduzan 45 kiloqram çəki dərəcəsində çıxış edən Abdurrahman Hüseynli və 71 kiloqram çəki dərəcəsində çıxış edən Yusif Əhmədli bürünc medal görüşünə çıxacaqlar.
92 kiloqram çəki dərəcəsində çıxış edən Səid Paşayev isə təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq.
Seçilən
42
17
yeniavaz.com

10Mənbələr