Tomas Müller karyerasını MLS-də davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, alman hücumçu "Vankouver Uaytkaps" klubu ilə anlaşıb. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
Müller yeni klubu ilə 2 illik müqavilə bağlayacaq. Futbolçu dünən ABŞ klubuna transfer olunmağa razılıq verib.
Qeyd edək ki, Müllerin son klubu Münhen "Bavariya"sı olub.