AZ

Britaniya şahzadəsinin həyat yoldaşı özünə iş axtarır

Britaniya şahzadəsinin həyat yoldaşı özünə iş axtarırSasseks hersoginyası Meqan Markl öz layihələrinin uğursuzluğa düçar olmasından sonra iş axtarır.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "Radar Online" nəşri məlumat verib.

Məşhurların çevrəsindən olan insayder bildirib ki, "Netflix" striminq xidməti onunla və əri Şahzadə Harri ilə 100 milyon dollarlıq müqaviləni ləğv etdikdən sonra Meqan Markl çətin vəziyyətdə qalıb. Sasseks hersoginyası populyarlığını itirməkdən qorxur və diqqət mərkəzində olmaq üçün çox şeyə razıdır. Mənbənin sözlərinə görə, Meqan Vupi Qoldberq ilə "The View" verilişini aparmağa hazırdır, lakin indi belə bir imkan yoxdur.

"Ona yeni hit lazımdır və təcili şəkildə. Bu növbəti fəsil onu ya populyarlaşdıra, ya da məhv edə bilər", - deyə insayder qeyd edib.

Mənbə əlavə edib ki, "Netflix" striminqi "bu cütlükdən bacardığı hər şeyi sıxdığını" düşünür və buna görə də əməkdaşlığı dayandırmaq qərarına gəlib. Bundan əlavə, şirkətin işçiləri başa düşürlər ki, Meqan Markl üçün hazırda prioritet onun "As Ever" həyat tərzi mallar brendidir. Eyni zamanda, başqa bir mənbə bildirib ki, Sasseks hersoqu və hersoginyası "Netflix"in qərarından məyus olublar, çünki bu müqavilə sayəsində özlərinin 29 milyon dollarlıq malikanələrini və nəhəng işçi heyətini dəstəkləyə biləcəklərinə ümid edirdilər.

Seçilən
7
4
sonxeber.az

5Mənbələr