AZ

Azərbaycan təmsilçisi Avropa Atıcılıq Çempionatında bürünc medal qazanıb

Fransanın Şatoru şəhərində keçirilən Avropa Atıcılıq Çempionatında Azərbaycan millisinin üzvü Xanna Əliyeva standart tapança ilə 25 metr məsafəyə atəş açma yarışında bürünc medal qazanıb.

"Report" xəbər verir ki, idmançı 560 xal və 12 daxili onluq (x) nəticə göstərərək turniri 3-cü pillədə başa vurub.

Yarışın ilk iki pilləsində Macarıstan təmsilçiləri qərarlaşıblar. Güclü rəqiblər arasında gərgin rəqabət şəraitində sabit çıxış nümayiş etdirən Xanna Əliyeva bu nəticə ilə Azərbaycanın medal sayını artıraraq ölkəmizə daha bir beynəlxalq uğur qazandırıb.

Seçilən
25
2
report.az

3Mənbələr