AZ

Əvvəlcə şüur

Bugünkü Azərbaycan cəmiyyətində bir çox zədə var, - desəm hamı deyəcək ki, sosial-iqtisadi fərqlər var, məmur özbaşınalığı, işsizlik və s. Amma əsas zədəyalnız bunlar deyil. Ən dərin zədə düşüncə sistemimizdədir. Loru dillə desək, cəmiyyətin az qala yarısı "rusqafalı", "farsqafalı" olub. Yəni milli dəyərlərlə deyil, yad zehniyyətlə düşünən, danışan, hətta millilərə nifrət edən bir kütlə formalaşıb. Onlar ana dilində danışanı "kəndçi", milli mövzularda danışanı "geridəqalmış", xalqını sevəni "populist" adlandırır.

Bu təbəqə elə belə formalaşmayıb, bu, o təbəqədir ki, onlar tarixini rusdan, farsdan öyrənir, ədəbiyyatını onların süzgəcindən qiymətləndirir, şəxsiyyətini yad identikliyə əsasən qurur. Düşünür ki, rusca danışmaq savad əlamətidir, fars poetikası ilə yaşamaq zövq göstəricisidir. Amma sual olunur: bəs öz dilin, öz tarixindən doğan şüurun, öz xalqının keçmişi nəyin göstəricisidir?

Ən təhlükəlisi isə bu düşüncənin artıq aqressiv bir formaya çevrilməsidir. Milli kimliyini qoruyan, ana dilində düşünən, təmiz türk soylu ideyaları müdafiə edən insanlar bu "yadqafalı" kütlənin hücumuna məruz qalır. Sosial şəbəkələrdə, ictimai müzakirələrdə bu adamlar ya etinasızlıqla, ya təhqir və təhdidlə qarşılanır. Kim ki, rus mədəniyyətinə səcdə etmir, fars təsirinə bələnmir,- dərhal "bayağı", "radikal", "ayrıseçkilik edən" damğası vurulur.

Bu, artıq sadəcə fərdi düşüncə deyil, cəmiyyətin dərin təbəqəsinə sirayət etmiş düşüncə işğalıdır.

Bax bu, bizim əsil milli təhlükəsizlik problemimizdir. Tanklarla yox, ideologiyalarla, dildə yox, düşüncədə bizi işğal edən bir düşmən var: özgələşmiş beyinlər.

Bu problem bir gün yox, illərlə formalaşıb. Sovet mirası hələ də bir çox ailələrin şüurunda yaşayır. Uşaqlara Azərbaycan nağılları yox, rus cizgi filmləri göstərilir, xalq dastanı yox, Moskvanın çəkdiyi seriallardan danışılır, Məmməd Araz yox, Puşkin əzbərlədilir. Və nəhayət, "milli" sözü bu insanların qulağında "köhnə", "maraqsız", "təhlükəli" səslənir.

Əgər bir xalq öz dilini, öz düşüncə sistemini, öz şüur mərkəzini itirirsə, o xalq siyasi sərhədlərlə deyil, içindən dağılır. Və biz hazırda bu təhlükənin içində yaşayırıq.

Bu zehniyyət xəstələrindən biri dostlardan birinin paylaşımına yazdığım rəyə öz müalicə olunmazxəstəliyinin artıqlarını töküb.

Mövzu budur:

Seçilən
28
aznews.az

1Mənbələr