AZ

"Duman Pub" 1,8 milyon manata satışa çıxarılıb

Paytaxtın "20 Yanvar" metrosu yaxınlığında yerləşən, hazırda "Duman Pub" kimi fəaliyyət göstərən restoran satışa çıxarılıb.

Valyuta.az xəbər verir ki, restoran hazırda aylıq 5500 manat icarə haqqı ilə arendadadır. 

Restoran 7 kabinet, 3 zal, ofis, personal üçün istirahət zonası, iki sanitar qovşağı, soyunub-geyinmə otağı, anbar, 50 kvadratmetr sahəsi olan tam təchizatlı mətbəx, 3 kamera soyuducu, 4 minus soyuducu və bar soyuducusundan ibarətdir. Bundan əlavə, obyekt daxilində canlı musiqi səhnəsi, yüksək sürətli internet, bütün kabinetlərdə televizor, kabel televiziyası və "YouTube" imkanları mövcuddur.

Satış qiyməti 1 800 000 manat olaraq müəyyənləşdirilib. 

Mayya Hüseynova

Seçilən
32
valyuta.az

1Mənbələr