İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Əli Şadmani ilə bağlı sensasion iddia irəli sürülüb. Belə ki, onun ölüm səbəbi kimi əvvəlcə göstərilən aviabombalanma versiyası doğru olmaya bilər.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb və generalın qızına istinad edib. Onun sözlərinə görə, Əli Şadmani İsrailin xüsusi xidmət orqanı Mossad-ın agentləri tərəfindən Tehranda mühasirəyə alınıb və mühafizəçiləri ilə birlikdə baş vermiş atışmada qətlə yetirilib.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri (TsAXAL) generalın 17 iyunda zərərsizləşdirildiyini açıqlamış, bir həftə sonra İranın SEPAH qüvvələri onun ölümünü rəsmi olaraq təsdiqləmişdi. Şadmani bu vəzifəyə sələfi general Əli Rəşidin ölümündən cəmi dörd gün sonra təyin olunmuşdu.
Natiq Səlim,
KONKRET.az