AZ

Astana və Ankara ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq barədə razılığa gəlib

Astana

Türkiyə Qazaxıstanla ticarət dövriyyəsini 15 milyard ABŞ dollarına çatdırmaq üçün fəaliyyətini davam etdirəcək.

“Report”un Qazaxıstan bürosunun “Akorda”ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan və Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclası zamanı bildirib.

“Biz ticarət, müdafiə sənayesi, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində bu müsbət dinamikanı daha da inkişaf etdirməyə çalışırıq. Qazaxıstan bizim ən böyük ticarət tərəfdaşlarımızdan biridir. Ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaq üçün işimizi davam etdirəcəyik”, - o deyib.

“Akorda”nın məlumatına görə, ötən il ikitərəfli ticarətin həcmi 5 milyard ABŞ dolları təşkil edib.

Seçilən
28
3
xalqcebhesi.az

4Mənbələr