Azərbaycan Texnologiya Universitetinə prorektor təyinatı olub.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri imzalayıb.
Əmrə əsasən, Sahil Zahid oğlu Həmidov universitetin elm və innovasiya məsələləri üzrə prorektoru təyin edilib.
1981-ci il avqustun 18-də anadan olan Sahil Həmidov 2002-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tətbiqi kimya ixtisası üzrə bakalavriat pilləsini, 2004-cü ildə isə Analitik kimya ixtisası üzrə magistratura pilləsini bitirib. 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "Analitik kimya" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.
2003/2018, 2023/2024-cü illərdə BDU-da müxtəlif vəzifələrdə (laborant, baş laborant, müəllim, dosent) çalışıb. 2019/2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında böyük məsləhətçi, 2020/2022-ci ildə sektor müdiri vəzifəsində çalışıb.