AZ

Məşhur aktrisa 3 illik ayrılıqdan sonra boşandı

Qaynarinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Model və aktrisa Emili Ratakovski prodüser Sebastian Bir-Makklard ilə rəsmi olaraq boşanıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

22 iyul tarixində Manhetten Ali Məhkəməsi 34 yaşlı Emili Ratakovski və 44 yaşlı Sebastian Bir-Makklardın boşanmasını rəsmiləşdirib. Həmin gün onların oğlu Silvestr üçün aliment təyin olunması barədə qərar da çıxarılıb. Lakin Nyu-Yorkda boşanma ilə bağlı məhkəmə sənədləri məxfi olduğundan, əlavə təfərrüatlar açıqlanmayıb.

Emili Ratakovski 2018-ci ilin fevralında prodüser Sebastian Bir-Makklardla bir neçə aylıq münasibətdən sonra evlənmişdi. 2021-ci ildə cütlüyün oğlu dünyaya gəlib və ona Silvestr adı verilib. 2022-ci ilin iyulunda isə Emili Ratakovski həyat yoldaşından ayrılıb. Boşanmanın səbəbi kimi prodüserin daimi xəyanətləri göstərilir.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
qaynarinfo.az

1Mənbələr