İsrail Qəzza zolağında hərbi əməliyyatı dayandırmasa, Britaniya hakimiyyəti payızda Fələstin dövlətini rəsmən tanımaq niyyətindədir.
Publika.az xəbər verir ki, bu barədə TASS Britaniyanın Baş naziri Kir Starmerin ofisinə istinadla məlumat yayıb.
“İsrail hökuməti Qəzzadakı dəhşətli vəziyyətə son qoymaq üçün əhəmiyyətli addımlar atmasa, sentyabr ayında BMT Baş Assambleyası qarşısında Fələstin Dövlətini tanıyacağıq”, - Bəyanatda deyilir.
Bundan əlavə, London Təl-Əvivi Qəzza zolağına humanitar yardımların çatdırılmasına mane olmamağa, həmçinin İordan çayının qərb sahilindəki əraziləri ilhaq etməkdən çəkinməyə çağırır.