AZ

Qvardiola “Mançester Siti”dən ayrıldıqdan sonra fasilə verəcək


İngiltərənin “Mançester Siti” klubunun baş məşqçisi Xosep Qvardiola komanda ilə müqaviləsi başa çatdıqdan sonra fasilə verəcəyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, onun sözlərini “GQ Espana” sitat gətirib.
“Nə qədər işsiz qalacağımı bilmirəm: bir il, iki il, üç, beş, 10, 15. Amma “Mançester Siti”dən ayrıldıqdan sonra həqiqətən də fasilə verəcəyəm, çünki dayanıb özümə, bədənimə diqqət etməliyəm”, - məşqçi deyib.
54 yaşlı Qvardiola 2016-cı ildə “Mançester Siti”yə keçib. Bu müddət ərzində mütəxəssis və komanda 18 kubok, o cümlədən 6 İngiltərə Premyer Liqası titulunu qazanıb. Bundan əvvəl o, “Bavariya” və “Barselona”nı çalışdırıb.
Seçilən
12
yeniavaz.com

1Mənbələr