AZ

Yekaterinburqda bina çökdü - 24 nəfər təxliyə edildi

Yekaterinburqda üçmərtəbəli inzibati binanın bir hissəsi çöküb.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumata görə, hadisə sonrası xilasedicilər qonşu binalardan 24 nəfəri təhlükəsiz əraziyə təxliyə ediblər.

Hadisə yerində 34 nəfər xilasedici və 22 ədəd texnika fəaliyyət göstərir.

İlkin ehtimala görə, çökmənin əsas səbəbi binanın köhnəlmiş vəziyyətdə olmasıdır.

Seçilən
16
manset.az

1Mənbələr