AZ

Qaradağ rayonunda qanunsuz tikililər sökülür

Qaradağ rayonunda qanunsuz tikinti işlərinin qarşısı alınması işləri davam edir...

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 4.16-cı bəndinə və “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 4-cü bəndinin tələblərinə uyğun olaraq Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən ərazidə qanunsuz tikinti və torpaq zəbtinə qarşı nəzarət tədbirləri planlı şəkildə davam etdirilir.

Bu çərçivədə, 2025-ci ilin 29 iyul tarixində Qaradağ rayonunun qəsəbələrində  aparılmış növbəti monitorinq zamanı sakinlər tərəfindən qanunsuz şəkildə zəbt olunmuş torpaq sahələrində tikinti işlərinin aparıldığı müəyyən edilmişdir. Aşkar edilmiş qanunsuz tikililərlə bağlı dərhal müvafiq tədbirlər görülmüş, həmin tikintilər dayandırılmış və söküntü işləri həyata keçirilmişdir.

Qaradağ Rayon İcra Hakimiyyəti bir daha bildirir ki, rayon ərazisində qanunsuz tikinti və torpaq zəbtinə qarşı mübarizə qətiyyətlə davam etdiriləcəkdir. Şəhərsalma qanunvericiliyinə zidd halların qarşısının alınması məqsədilə monitorinqlər və nəzarət tədbirləri gələcəkdə də ardıcıl olaraq həyata keçiriləcəkdir.

Poliqon.info

Seçilən
18
13
poliqon.info

10Mənbələr