Rusiya iqtisadiyyatı üçün 88–108 rubl aralığında dollar məzənnəsi daha məqsədəuyğundur. Bu barədə Dövlət Dumasının deputatı Aleksey Govırin açıqlama verib.
KONKRET.az xəbər verir ki, deputatın fikrincə, çox güclü rubl iqtisadiyyat üçün daha təhlükəlidir, nəinki 100 rubla yaxın kurs:
“Əgər rubl çox güclü olarsa, bu, ixracı zəiflədir və ölkə iqtisadiyyatına zərər vurur. 100 rubl ətrafında məzənnə isə müəyyən tarazlıq yaradır”.
Qeyd edək ki, bu gün Rusiya Mərkəzi Bankı dolların rəsmi məzənnəsini kəskin artıraraq iyulun 30-na 82 rubldan yuxarı səviyyədə müəyyən edib.
Xatırladaq ki, ABŞ valyutası bu səviyyəyə sonuncu dəfə bu ilin aprel ayında yüksəlmişdi.
Natiq Səlim,
KONKRET.az