AZ

Əmlakın qeydiyyatı üçün bütün sənədlər yalnız bizə təqdim olunmalıdır

İstər tikinti, istərsə də istismar sənədləri – yəni bütün razılıq və icazələr yekun olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə təqdim olunmalıdır.

Viral.az xəbər verir ki, bu barədə Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Hüquq departamentinin direktoru Lalə Əkbərova bildirib.

O qeyd edib ki, çoxmənzilli yaşayış binalarındakı mənzillər üzrə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması yalnız qanunvericiliklə tələb olunan bütün sənədlər o cümlədən tikintiyə və istismara icazə sənədləri təqdim edildikdən sonra mümkündür:

Son Yazılar:

“Bütün sənədlər Dövlət Reyestrinə təqdim edildikdən sonra çoxmənzilli binalardakı mənzillərin mülkiyyət hüquqlarının qeydiyyatı ilə bağlı heç bir problem yaranmır”.

cd51d5c2 a2c0 3663 8e58 08d92b2f7a91Onun sözlərinə görə, tikinti və istismara icazə sənədləri müxtəlif dövlət qurumları tərəfindən verilir və bu proses bir neçə mərhələdən ibarətdir:

“Tikinti üçün icazə bir dövlət qurumu, istismara qəbul üçün isə başqa bir qurum tərəfindən verilir. Bəzi hallarda əlavə qurumların da razılığı tələb oluna bilər. Lakin istər tikinti, istərsə də istismar sənədləri – yəni bütün razılıq və icazələr yekun olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə təqdim olunmalıdır”.

Qeyd edək ki, Prezidentin 13 yanvar 2015-ci il tarixli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqları təsdiq edən sənədlərin siyahısının təsdiq edilməsi barədə fərmanı, eləcə də həmin siyahıya dəyişikliklər edən 30 oktyabr 2015-ci il tarixli fərmanda bu yaxınlarda dəyişiklik olunub.

Dəyişikliyə əsasən, təxminən 100 min vətəndaş sənədsiz evlərini dövlət qeydiyyatına almaq imkanı əldə edəcək.

Seçilən
40
6
viral.az

10Mənbələr