AZ

Azərbaycanın iki güləşçisi dünya çempionatının finalına yüksəlib

Bakı. Trend:

Azərbaycanın iki yunan-Roma güləşçisi Yunanıstanın paytaxtıAfinada keçirilən U-17 dünya çempionatında finala vəsiqəqazanıb.

Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, Hikmət Haqverdiyev (51kiloqram) və Əli Nəzərov (60 kiloqram) qızıl medal uğrunda mübarizəaparacaqlar. Onların rəqibləri, müvafiq olaraq, Otabek Tursunov(Özbəkistan) və Amangəldi Ysakbayev (Qırğızıstan) olacaqlar.

Yarımfinalda uduzan Abdurrahman Hüseynli (45 kiloqram) və YusifƏhmədli (71 kiloqram) bürünc medal görüşünə çıxacaqlar.

Səid Paşayev isə (92 kiloqram) təsəlliverici qarşılaşmadaqüvvəsini sınayacaq.

Qeyd edək ki, medal görüşləri iyulun 30-da keçiriləcək.

Seçilən
1
16
az.trend.az

10Mənbələr