Bakı. Trend:
Beynəlxalq Dekolonizasiya Cəbhəsi (FİD) 2025-ci ilin iyul ayındaimzalanmış Bujival razılaşmasına dair rəsmi mövqeyini bildirib.
Trend xəbərverir ki, FİD bu razılaşmanın Kanak xalqının öz müqəddəratınıtəyinetmə hüququnun tam və səmərəli həyata keçirilməsi, eləcə də,beynəlxalq hüququn məcburilik (imperativ) prinsiplərinin tametibarlılığının təmin olunması məsələlərində dərin narahatlıqlarınıifadə edib.
Bujival razılaşması 2025-ci ilin 12 iyul tarixində Parisyaxınlığındakı Bujival şəhərində Fransa və Kanaki (Yeni Kaledoniya)siyasi qüvvələri arasında imzalanmış razılaşmadır. Bu sənəd YeniKaledoniyanın statusu ilə bağlı yeni siyasi çərçivəni müəyyən edirvə ərazinin Fransanın tərkibində qalması şərti ilə "Yeni Kaledoniyadövləti" kimi xüsusi statuslu muxtar qurum kimi tanınmasını nəzərdətutur.
Razılaşmaya əsasən, kanaki sakinləri həm fransız, həm də yeniyaradılacaq "Kaledoniya vətəndaşlığı"na malik olacaqlar. Bundanəlavə, sənəd dövlətin suverenlik hüququnun mərhələli şəkildəgenişləndirilməsi, xüsusilə müdafiə, təhlükəsizlik və digərsahələrdə dövlət səlahiyyətlərinin tam ötürülməsi kimi məsələləriehtiva edir. Bununla yanaşı, razılaşmanın qüvvəyə minməsi üçün2026-cı ildə Yeni Kaledoniyada keçirilməsi nəzərdə tutulanreferendumun müsbət nəticəsi vacib şərtdir.
Beynəlxalq Dekolonizasiya Cəbhəsi Bujival razılaşmasındanəvvəlki 1988-ci ildə imzalanmış Numea razılaşmasına diqqət çəkərəkqeyd edir ki, bu saziş yerli kanak xalqına özünüidarə və siyasiiştiraka dair ilkin hüquqi əsasları yaradaraq, gələcəkdəmüstəqillik əldə etmək imkanlarının formalaşmasına zəmin yaradıb.Lakin 2024-cü ilin may ayında Fransanın hüquq mühafizə orqanlarınınhəyata keçirdiyi zorakılıq aktları nəticəsində azadlıq hüququnutələb edən kanak xalqı ciddi təzyiqlərə məruz qalıb, bununlayanaşı, 14 mülki şəxs həyatını itirib. Bu faciəli hadisələr vəsonrakı siyasi proseslər göstərir ki, mövcud vəziyyət nə dayanıqlısülhün təmin olunmasına, nə də Kanak xalqının öz suverenliyinin tamşəkildə tanınmasına gətirib çıxarmamışdır. Beləliklə,dekolonizasiya prosesi hələ də yekunlaşmamış və tamreallaşmayıb.
FİD xüsusi olaraq Bujival razılaşmasında əks olunan “paylaşılmışsuverenlik” nəzəriyyəsinin, habelə “ikili vətəndaşlıq” anlayışınınkanak xalqının öz müqəddəratını təyinetmə hüququnu təmin etməkbaxımından yetərli olmadığını bir daha vurğulayır. Kanak xalqınınayrılmaz və suveren hüququ hesab edilən öz müqəddəratını təyinetməhüququnun həm Fransanın öz Konstitusiyasında, həm də beynəlxalqhüququn fundamental sənədi sayılan BMT-nin 1514 (XV) saylıqətnaməsində tam şəkildə hüquqi təminat verildiyini diqqətəçatdırır.
“Əgər razılaşmada dekolonizasiya və azadlığa aparan yolda yenimərhələ ifadəsi istifadə edilirsə, bu mərhələdə müstəqilliyə tamnail olmaq məqsədilə asılılıq münasibətlərinin qorunubsaxlanılması, yalnız institusional tənzimləmələrlə məhdudlaşmasıqəbuledilməzdir və beynəlxalq hüququn öz müqəddəratını təyinetməprinsipinlərində zəruri və fundamental xarakter daşıyır. Müdafiə,pul vahidi, təhlükəsizlik, ictimai asayiş, ədliyyə,qanunvericiliyin icrası və büdcə nəzarəti kimi dövlətsəlahiyyətlərinin Yeni Kaledoniyaya ötürülməsi yalnız YeniKaledoniya konqresində üçdə iki və ya beşdə üç səs çoxluğu iləqəbul edilmiş qətnamə ilə və yerli əhalinin iştirakı ilə aparılacaqməsləhətləşmələrin yekunlaşmasından sonra mümkün olacaq”.- sənəddəqeyd edilir.
FİD bəyan edir ki, Yeni Kaledoniya müdafiə, təhlükəsizlik vəmaliyyə siyasəti sahələrində Fransa ilə sıx əməkdaşlıq şəraitində“yaxından iştirak” etsə də, əsas səlahiyyətlərin hələ də FransaRespublikasının icra orqanları tərəfindən həyata keçirilməsi davamedir. Bu cür intensiv “yaxından iştirak” forması nə qədər sıxəməkdaşlığa əsaslansa da, tam dövlət suverenliyini əvəz etmir. YeniKaledoniyanın Fransa Respublikasının milli bütövlüyü çərçivəsindətanınması məhdud muxtariyyət formasında deyil, öz müqəddəratınıtəyinetmə hüququna əsaslanan tam suveren dövlət kimi müstəqillikperspektivləri əsasında həyata keçirilməlidir.
FİD qəti şəkildə qeyd edir ki, Yeni Kaledoniyanın statusu FransaRespublikası daxilində məhdud muxtariyyət çərçivəsində deyil, özmüqəddəratını təyinetmə hüququna əsaslanan tam suveren dövlətstatusunda müəyyən edilməlidir. Kanak xalqının öz müqəddəratınımaneəsiz şəkildə, tam şəffaflıq və dürüstlük prinsiplərinə uyğunolaraq həyata keçirməsi beynəlxalq hüququn fundamentalnormalarından biridir.
Yekun olaraq, Beynəlxalq Dekolonizasiya Cəbhəsi Fransanıbeynəlxalq hüququn əsas prinsiplərinə, xüsusilə öz müqəddəratınıtəyinetmə və müstəmləkəçilikdən azad olma hüquqlarına ciddi şəkildəriayət etməyə çağırır. Sənəddə bir daha qeyd edilir ki,dekolonizasiya prosesinin qətiyyətlə irəli aparılması zəruridir vəbu mərhələdə Kanak xalqının Fransa ilə mövcud siyasimünasibətlərindən asılı olmayaraq beynəlxalq ictimaiyyət tərəfindəntam suveren xalq kimi tanınması təmin edilməlidir.
Qeyd edək ki, Beynəlxalq Dekolonizasiya Cəbhəsi (FİD) 2024-cüilin 17-18 iyul tarixlərində Bakı şəhərində, Bakı TəşəbbüsüQrupunun dəstəyi və Qvadelupun Azadlığı Naminə Xalq Birliyinin(UPLG) təşkilatçılığı ilə təsis edilmişdir. FİD-in yaradılmasınaFransanın və Niderlandın müstəmləkə siyasətindən əziyyət çəkənregionlardan olan 17-dən artıq siyasi partiya və müstəqillikhərəkatının nümayəndələrinin iştirakı ilə yaradılmışdır.
Bu beynəlxalq qurumun əsas məqsədi müstəmləkəçilik siyasətinəqarşı mübarizəni gücləndirmək, müstəmləkə olunmuş xalqların özmüqəddəratını təyinetmə hüququnun beynəlxalq aləmdə tanınması vəhəyata keçirilməsi istiqamətində müxtəlif ölkə və təşkilatlararasında birgə əməkdaşlığı inkişaf etdirməkdir.