AZ

Birgə bəyanatla yeni dövr başladı Çin səfirindən strateji mesaj

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Çin və Azərbaycan yaxşı dost və etibarlı tərəfdaşlardır. Diplomatik əlaqələrin qurulmasından ötən 33 il ərzində Çin-Azərbaycan münasibətləri möhkəm və davamlı inkişaf yolu keçib. Müxtəlif sahələrdə məhsuldar əməkdaşlıq hər iki ölkənin inkişafına və tərəqqisinə güclü təkan vermiş, xalqlarımız üçün dəyərli töhfələr qazandırıb".

Oxu.Az xəbər verir ki, bu fikirləri Çinin Azərbaycandakı səfiri Lu Mey Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 98-ci ildönümü, Çin Xalqının Yapon imperialist aqressiyasına qarşı Müharibədə və Dünya Antifaşist Müharibəsində Qələbəsinin 80-ci ildönümü münasibətilə təşkil olunan tədbirdə səsləndirib.

Səfir bildirib ki, bu ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə üçüncü dövlət səfəri çərçivəsində Çin Xalq Respublikasının Sədri Si Cinpin və Prezident İlham Əliyev "Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında Hərtərəfli Strateji Tərəfdaşlığın Yaradılması barədə Birgə Bəyanat" imzalayaraq Çin-Azərbaycan münasibətlərində yeni, tarixi bir mərhələnin əsasını qoydular.

"Çin Azərbaycanla birlikdə dövlət başçılarımızın əldə etdiyi mühüm razılaşmaların həyata keçirilməsinə, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və daha çox nəticənin əldə olunmasına hazırdır", - deyə səfir Lu Mey əlavə edib.

Mərahim Nəsib

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
oxu.az

1Mənbələr