Sia Az saytına istinadən ain.az xəbər verir.
Tramp Ukrayna naminə bütün planlarını pozmağa hazırdırmı?
...2025-ci ildə Putinlə çoxlu söhbətlərdən sonra ABŞ prezidenti Rusiyaya münasibətini qəfil dəyişdi. İyulun 14-də Ağ Ev rəhbəri Putinə Ukrayna ilə müqavilə bağlamaq üçün 50 gün vaxt verib.
Dünənsə bu müddəti 10-12 günə endirdi.
SİA-nın məlumatına görə, CNN xəbər verir ki, bir tərəfdən Tramp Putinin hərəkətlərindən məyus olsa da, digər tərəfdən ultimatumun müddəti bitdikdən sonra hansı addımların atılacağı hələlik məlum deyil.
Putinə ən güclü cavab Rusiyadan neft və qaz alan ölkələrə qarşı ikinci dərəcəli sanksiyaların tətbiq edilməsidir.
Bu addım doğrudan da Rusiya iqtisadiyyatına ciddi zərbə vuracaq, lakin ABŞ-ın özü üçün də risklər var.
Tramp Şotlandiyada Rusiyaya qarşı yeni təhdidlər səsləndirərkən, onun komandası artıq İsveçdə Çinlə yeni ticarət sazişi üzrə danışıqlar aparırdı.
Ekspertlər sual edirlər: Tramp Ukrayna naminə bütün planlarını pozmağa hazırdırmı?
Putinə həlledici zərbə Trampın sərtliyi və müstəqilliyinin nümayişi olardı. Lakin ABŞ prezidentinin bundan sonrakı hərəkətsizliyi tənqidçilərin Trampın yalnız danışmaq və heç nə etməmək ustası olması mövqeyini gücləndirəcək.
Əli Babayev
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.