AZ

“Turan Tovuz” “Keçiörengücü” ilə də “sülh bağladı”

Türkiyədə təlim-məşq toplanışında olan “Turan Tovuz” bu gün hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçirib.

Arena.az xəbər verir ki, Tovuz təmsilçisi Türkiyənin Birinci Liqa təmsilçisi “Keçiörengücü” ilə qarşılaşıb.

Tərəflərin bütün cəhdlərinə baxmayaraq, bu oyunda qalib müəyyənləşməyib. Komandalar meydanı qosluz tərk ediblər – 0:0.

Xatırladaq ki, Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv daha öncə yerli “Çorum”la qarşılaşmış və 1:1 hesablı heç-heçəyə razılaşmışdı. İran çempionu “Traktor”la qarşılaşma isə ləğv edilmişdi.

Seçilən
13
arena.az

1Mənbələr